Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində “Qaynar xətt” yaradılıb
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində "Qaynar xətt" yaradılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, qaynar xətt paytaxt polisinin ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərə operativ cavab verilməsi məqsədilə yaradılıb.
Seçki kampaniyası dövründə Bakı şəhərində polisin xidməti ilə əlaqədar hər hansı narazılıq və ya anlaşılmazlıq yaranarsa, paytaxt sakinləri Baş İdarəyə gün ərzində (012)590-96-80, (012) 590-91-15 nömrəli telefonlarla müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB