Rusiya dumasının üzvü: “Ermənistan dünya birliyinin gözlərində iqtisadi cırtdandır” - MÜNASİBƏT

Rusiya dumasının üzvü: “Ermənistan dünya birliyinin gözlərində iqtisadi cırtdandır” - MÜNASİBƏT

Beynəlxalq birlik uzun vaxt ərzində Ermənistan və Azərbaycan arasında tərəddüd edəcək. SİA-nın verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının üzvü, politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan Erməni lobbisinin köməkliyi olmasa Azərbaycanla rəqabətə tab gətirə bilməz: "Ermənistan dünya birliyinin gözlərində iqtisadi cırtdandır. Ermənistan Azərbaycan ilə rəqabətə qarşı durmağa müvəffəq olmayacaq, əgər ABŞ-da və Avropada erməni lobbisi mövcud olmasa".

 

O, qeyd edib ki, erməni lobbisinin apardığı siyasi gedişlərdə onlar beynəlxalq birliyi Ermənistan ilə "dost olun" yalvarışlarını bildirirlər. "Öz növbəsində dünyada inkişaf tempinə görə qabaqcıl sıralarda yer alan Azərbaycan isə regionda geosiyasi və iqtisadi sferanın inkişafında maraqlıdır"- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə