“İRƏLİ” Sabirabadda sağlamlıq layihələrini davam etdirir

“İRƏLİ” Sabirabadda sağlamlıq layihələrini davam etdirir

2 Oktyabr 2010-cu il tarixindən "İRƏLİ" İctimai Birliyi tərəfindən Sabirabad rayonunda həyata keçirilən "Sağlam dişlər – sağlam təbəssüm" aksiyası başa çatıb. Aksiya sosial xarakter daşımış və aksiya zamanı Sabirabad rayonunda yaşayan 6-18 yaş arası 500 nəfərdən artıq gənc pulsuz tibbi stomatoloji müayinə və müalicə keçiblər. Həmçinin, "İRƏLİ" İctimai Birliyi tərəfindən rayonda təmənnasız fırça və diş məcunları paylanmasını da həyata keçirib. Aksiya yerli əhalinin, xüsusən gənclərin böyük marağına səbəb olub.

Qeyd olunmalıdır ki bu "İRƏLİ" İctimai Birliyinin Sabirabad rayonunda ilk layihəsi deyil. Belə ki, 2009 - 2010-cu illərdə ictimai birlik rayonda "İT Akademiya", "Bələdiyyə - 2009" və s. bu kimi layihələri keçirib.

Bundan əlavə "İRƏLİ" İctimai Birliyi 16 oktyabr 2010-cu il tarixindən etibarən Sabirabad rayonunda "Sağlam həyat – sağlam gələcək" aksiyasını keçirir. Aksiya çərçivəsində Bakıdan ezam olunan respublikamızın bir qrup tanınmış cərrahları Sabirabadın Mərkəzi Rayon Xəstəxanasında hər həftənin şənbə və bazar günlərində tam pulsuz şəkildə mədə-bağırsaq və ürək xəstəliklərindən əziyyət çəkən rayon sakinlərinin müayinə və müalicəsini həyata keçirirlər. Aksiya çərçivəsində artıq 150 nəfərə yaxın vətəndaş xəstəxanaya müraciət etmiş və təmənnasız müalicə alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə