UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

UZAĞI, APRELƏ QƏDƏR… KÖŞƏ YAZISI

Azərbaycan maraqlarını “şəxsi rifah” naminə xaricə satan “millətçilər” iqtidar hakimiyyətinin siyasətini “yarıtmaz” hesab edir, “parlaq” planlarının tətbiqinə çalışırlar. Hakimiyyətin gücü, hakimiyyətə inamın əsas səbəbi malik olduğu potensial deyil, bu potensialdan məqsədyönlü və rasional şəkildə istifadə etməyi bacaran siyasətdədir. Xalq etimadına səbəb olan amil də məhz budur. Çəkişmələrə, qarışıqlıq yaratmağa adaptasiya olunmuş radikallar ölkə daxilində çaxnaşma yaratmaq amallarına sadiq qalaraq hər vəchlə sabitsizlik imici formalaşdırmağa çalışırlar. Onlar mövcud sabitliyi ələ keçirməyə, onu dağıtmağa, mənfur niyyətlərini reallaşdırmağa o qədər aludə olublar ki, artıq sosial şəbəkələrdə belə nə etdiklərinin, hansı addım atdıqlarının fərqində deyillər.

8 milyon 603 min 364 manat pul...

Digər tərəfdən, hələ 2010-cü il qədər AXCP sıralarından parlament iclaslarında iştirak etdiyi üçün qovulan “tarixçiyə” – Cəmil Həsənliyə 2013-cü ildə nədənsə birdən-birə “Milli Şura”nın məhəbbəti yarandı. O, açıq-aşkar Əli Kərimli adlı xainə hazırda da kuklalıq etməklə məşğuldur.

Beləliklə, xalqın iqtidarı olan hakimiyyəti nüfuzdan salmaq, fəaliyyətinə xələl gətirmək məqsədilə radikal müxalifətin xarici dəstəkləyənləri, beynəlxalq arenada Azərbaycanın imicinin artmasını qəbul etməyən qüvvələr tərəfindən uydurulmuş, müxalifət tərəfindən “kozır” kimi saxlanan saxta, reallığa zidd informasiyalar seçkiqabağı daha da şişirdilir. Ancaq nədənsə, AXCP sədir Əli Kərimlinin çirkli pulları, bu günə qədər çıxardığı oyunbazlıqları haqqında səhih məlumat verilmir. Məsələn, Əli Kərimlinin özü və qohumları təkcə 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat pul çıxarıblar. Ondan sonrakı dövrə qədər isə həmin rəqəm 10 milyonu ötüb!

Xatırlatmaq olar ki, bu fakt hətta AXCP üzvləri arasında da çaxnaşma yaratmışdı. “Milli Şura” daxilində parçalanma, ayrılma istəkləri getdikcə artmaqdadır. Hər kəs bu pulların mənbəyi ilə maraqlanır. Sədrlik AXCP üzvünə nə qədər pul “qazandırıb” ki?

Bu qədər dəlilin qarşısında aşkar həyasızlıq

Bütün bunların yerinə öz saxtakarlıqlarını ört-basdır etməyə çalışan Ə.Kəərimli və ətrafı utanmadan, qızarmadan “xalqa xidmətdən” dəm vururlar. Xalqa xidmət onlar üçün xalq mülkünü mənimsəmək, iqtisadiyyatı çökdürmək, xalqı səfil vəziyyətə (necə ki, 1991-1993-cü illərdə baş vermişdi) salmaqdan, başqalarını günhlandırıb, “yarıtmaz” hesab etməkdən ibarətdir. Bu qədər dəlilin qarşısında aşkar həyasızlıq, arsızlıq nümayiş etdirən, heç nə olmamış kimi hərəkət edən kəslər daha nə qədər özünü biabır, rüsvay edəcəklər? Bunu əlbəttə ki, yaxın zaman göstərəcək. Heç sosial şəbəkələrdəki trolları elə, AXCP sədrinə kömək olmayacaq. İnanmırsa, bir azacıq da səbr etsin, uzağı aprelə, daha dəqiqi, həmin ayın 11-ə qədər...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə