Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Həştərxanda görüşəcəklər
Bu gün Həştərxanda Rusiya prezidentinin təşkilatçılığı ilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. SİA-nın məlumatına görə, görüşün məqsədi Dağlıq Qarabağ münaqişəsinə dair məsələləri müzakirə etməkdir.
Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bugünki görüş zamanı 1-2 dekabr tarixlərində ATƏT-in Astanada keçiriləcək sammitində Azərbaycan və Ermənistan dövlət başçılarının mümkün görüşü barədə razılıq da əldə olunacaq.
Qeyd edək ki, artıq ötən gündən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Həştərxandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB