Azərbaycanlı alimə Rusiya Dövlət Neft-Qaz Universitetinin professoru adı verilib

Azərbaycanlı alimə Rusiya Dövlət Neft-Qaz Universitetinin professoru adı verilib

AMEA Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində aspirantlar və magistrlər üçün seminarlar keçirmiş, məruzələrlə çıxış edib.

AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rusiyanın elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri olan alimə həmin universitetin professor adı verilib. Qeyd edək ki, alimin qonşu ölkədəki tədris fəaliyyəti Rusiyada elmi tədqiqatların aparılması və tədris olunması üçün xarici alimlərin bu ölkəyə cəlb olunmasını nəzərdə tutan dövlət proqramı çərçivəsində həyata keçirilib. Rusiya hökuməti bu proqramın məqsədi üçün 2010-cu ildən 12 milyard rubldan çox pul ayırır.

İ.Quliyev hesab edir ki, sözügedən proqram digər qanunvericilik sənədləri ilə birgə qonşu ölkədə elm və təhsil üzrə islahatlar aparılmasına və ali təhsilin keyfiyyətinin daha da qaldırılmasına imkan yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə