Namizədlər "Səs" qəzetinin redaksiyasında bir araya gəliblər - Dəyirmi masa (Səs TV-də)
Bu gün "Səs" qəzetinin redaksiyasında parlament seçkilərində namizədlikləri irəli sürülmüş şəxslərin iştirakı ilə dəyirmi masa keçirilib. Ödənişli əsaslarla keçirilən dəyirmi masada iştirak edən namizədlər seçkiqabağı təbliğat və təşviqat kampaniyasının gedişi ilə bağlı müzakirələr aparıblar.
Tədbirdə 10 saylı Binəqədi 3-cü seçki dairəsindən namizədliyi irəli sürülmüş Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli, 57 saylı Kürdəmir seçki dairəsindən müstəqil namizəd Elşən Məmmədov, 2 saylı Suraxanı seçki dairəsindən müstəqil namizəd Əhəd Abıyev və YAP Qadınlar Şurasının Kürdəmir rayon təşkilatının sədri, YAP seçki qərargahının üzvü Elmira Şıxəliyeva öz fəaliyyətləri ilə bağlı məlumat veriblər.
Müzakirələrdə namizədlər seçki kampaniyasının gedişi və yaradılmış şəraitlə yanaşı, seçiciləri maraqlandıran digər məsələlərə də toxunublar. Dəyirmi masada qarşıdan gələn parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçiriləcəyinə inam ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB