“Çin Suriya sülh prosesində rol almaq qərarına gəlib” MÜNASİBƏT
“Çin suyu üfürə-üfürə içən ölkədir, heç kimlə mübahisə etmədən həm ordusunu, həm də iqtisadiyyatını gücləndirir, Rusiya ilə də əməkdaşlıq edir, ABŞ-la münasibətlərini də pozmamağa, regional konfliktlərdən uzaq dayanmağa çalışır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, Çin dünyanın ən gərgin nöqtəsində - Suriyada rol almağa qərar verib: “Çinin Suriyadakı səfiri deyib ki, ölkəsi Suriya sülh prosesində rol almaq qərarına gəlib və bu ölkənin yenidən qurulmasında iştirak edəcək. Əlbəttə, burada söhbət yenə iqtisadiyyatdan, qurub-yaratmaqdan gedir. Ancaq Suriyada qurub-yaratmağa hələ çox var, daxildə hələ çox məsələ həll olunmalıdır.
Görünür, Çin indidən bütün tərəflərə mesaj yollayır ki, Suriyada Türkiyə, İran, Rusiya, ABŞ və bəzi ərəb ölkələri qədər fəal olmasa da, o da bu bölgəyə maraq göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB