Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) "Hüquqlar – hamı üçün!" mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə 10 dekabr – Beynəlxalq İnsan hüquqları günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyi münasibətilə təşkil edilir.
Müsabiqə üçün yazılar 1 dekabr saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi) təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış həmin yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat və bir ədəd fotoşəkil (4x5) göndərməsi mütləq şərtdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB