YAP-ın Ümumrespublika müşavirəsi keçirilir YENİLƏNİR

YAP-ın Ümumrespublika müşavirəsi keçirilir YENİLƏNİR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin Ümumrespublika müşavirəsi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, hakim partiyanın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri iştirak edirlər.

Müşavirə 2018-ci ilin aprel ayının 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin qeydə alınmasına həsr olunub.

İclas hazırda davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə