Qazaxıstan 17 xarici mədən şirkətinə verilən lisenziyanı geri aldı
Qazaxıstanda fəaliyyət göstərən xarici mədən şirkətlərindən 17-nə verilən lisenziya geri alınıb. SİA-nın verdiyi məlumata görə, Qazaxıstan Neft və Təbii Qaz Nazirliyi 2010-cu ilin ilk rübündə ölkədə neft və təbii qaz sahəsində fəaliyyət göstərən 151 şirkətdən yalnız 40-nın dövlətə verməsi məcburi olan hesabatı təqdim etdiyini açıqlayıb.
Bu hesabatı verməyən xarici 17 mədən şirkətinə verilən lisenziyanın ləğv edildiyi ifadə edilən açıqlamada bildirilir ki, hesabatın təqdim edilməməsi ilə bağlı tətbiq olunan cəzalar səbəbilə ilin ilk rübündə hesabat təqdim edənlərin sayı 40 olduğu halda, 3-cü rübdə onların sayı 86-ya çatıb. Tətbiq edilən cəzalardan sonra qanunlara daha ciddi şəkildə əməl olunacağını ümid etdiklərini bildirən Neft və Təbii Qaz Nazirliyinin əməkdaşı Jan Nurbekov neft və təbii qaz sahəsində fəaliyyət göstərən şirkətlərin daha həssas olmasının lazım olduğunu dilə gətirib.
Qazaxıstan Mərkəzi Bankı isə 2010-cu ilin ilk altı ayında ölkəyə təxminən 5,8 milyard dollar xarici investisiyanın daxil olduğunu açıqlayıb. Bankın rəhbəri Qriqoriy Marçenko xarici investisiyada ən yüksək göstəricinin 2008-ci ildə reallaşdığını deyib. 2010-cu ilin ilk altı ayında beynəlxalq maliyyə böhranına baxmayaraq xarici investorların Qazaxıstana olan marağının azalmadığına diqqət çəkən Marçenko 1 Oktyabr tarixinə Mərkəzi Bank və Samruk Milli Fondunun ümumi ehtiyatlarının 57 milyard dollar olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB