Elşən Musayev: “İlham Əliyev Azərbaycan üçün çox işlər görüb" AÇIQLAMA
“Ümumiyyətlə, müasir Azərbaycanın inkişafı, mövcud sabitlik özü deməyə əsas verir ki, cənab İlham Əliyev bu ölkə üçün hansı işləri görüb. Azərbaycandakı insanların yüksək rifah halını, onların xoşbəxtliyini, Azərbaycandakı infrastrukturu, görülən işləri, yolları, tikilən binaları, ümumilikdə hər şeyi nəzərə alıb söyləmək olar ki, cənab İlham Əliyev həqiqətən bu ölkə üçün çox işlər görüb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin şəriksiz, alternativsiz lider, hamının sevimlisi olmasının da əsas səbəbi bundan ibarətdir: “Çünki o öz rəğbətini, öz sevgisini gördüyü işlərlə qazanıb. Ona görə də bu gün Azərbaycan müxalifəti ona heç cür rəqib ola bilmir və yaxud da hansısa siyasi iddiaçı ona qarşı çıxmağa, rəqib olmağa utanır. Prezdident seçkiləri ərəfəsindəyik və təbii ki, bir çox namizədlər olacaq. Bu çox normal və təbii haldır. Belə də olmalıdır. Çünki bu gün Qafqazda ən demokratik ölkə Azərbaycandır. Bu gün Azərbaycanda Avropanın belə həsəd aparacağı bir demokratiya ab-havası hökm sürür. İnsanlar öz fikir və sözlərində, seçimlərində azaddırlar. Ona görə də hər zamanki kimi düşünürəm ki, namizəd bolluğu olacaq. Amma bizim düşüncəmiz bundan ibarətdir ki, yenə də böyük səs faizlə, üstünlüklə cənab Prezident öz qalibiyyətini əldə edəcək və bizdə həmişə onun bu qalibiyyətini dəstəkləyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB