Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub

Düşmən bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 25-də saat 11.40-dan 12.05-dək Ermənistanın Valdenis rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11.40-dan 11.50-dək və 15.20-dən 15.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.00-dan 17.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə