Partiya liderinə qarşı edilən sui-qəsd ölkədə etirazlara səbəb olub

Partiya liderinə qarşı edilən sui-qəsd ölkədə etirazlara səbəb olub

Qırğızıstanın Ata Yurt Partiyasının lideri Kamçıbek Taşıyev sui-qəsd cəhdinə məruz qaldığını bildirib. SİA-nın məlumatına görə, iki həftə öncə keçirilən seçkilərin qalibi olan Kamçıbek Taşıyev bu gün keçirdiyi mətbuat konfransına əli sarıqlı və üzərində qan ləkələri olan köynəklə gəlib. O, evinin qarşısında sui-qəsd uğradığını söyləyib.

Kamçıbek Taşıyevin bu açıqlamasından sonra paytaxt Bişkekdə yüzlərlə insan küçələrə çıxıb. Nümayişçilər Milli Kəşfiyyat Təşkilatının rəhbərinin istefasını və 10 Oktyabr seçkilərinin yekun nəticələrinin açıqlanmasını tələb ediblər.

Qırğızıstan hüquq-mühafizə orqanları hələlik iddia ilə bağlı rəsmi açıqlama verməyib. Ədliyyə nazirinin müavini Aybek Turqunbayev Kamçıbek Taşıyevin öz mühafizəçilərinin səbəb olduğu toqquşmada yaralanmış ola biləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə