Hafiz Hacıyevin tülküsü KÖŞƏ

Qulaq gündə bir söz eşitməsə kar olar. Əslində, bu məsəllə bağlı hadisələr eşitməyib, əyani şəkildə görməsəydim, mən bəlkə də bu atalar misalına ironiya ilə yanaşardım. Amma... səhv edən yenə mən oldum. Atalar doğrudan da müdrik və uzaqgörən olublar. O gün təsadüfən "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevlə telefon söhbətimiz oldu. Partiya sədri birdən gözlənilmədən dedi ki, hüquqşünas Aslan İsmayılov tülküdür. Açığı sağıma-soluma boylandım, telefonuma kiminsə qulaq kəsilə biləcəyindən narahat oldum. Hər iki məqamın mümkün olmadığını başa düşəndən və görəndən sonra H.Hacıyevlə bu telefon söhbətini qapamağa çalışdım. Amma dünyada qəbul olunmuş bir məqamın - etik qaydaların pozulacağından ehtiyat etdiyimdən, telefonu qapamaqdan vaz keçdim. Ancaq telefonum sanki mənim nə hisslər keçirdiyimi və nə düşündüyümü başa düşdüyündən idi ki, söhbət dayandı. Düzdür, mənim telefonum bir balaca ucuzvari, həm də Bill Qeytsin ilk ixtirasının buraxılışlarındandır. Amma məni heç də çətin vəziyyətlərdə qoymayıb, işləyib. H.Hacıyevlə söhbətdə isə "nırx" deyib dayandı. Çox pərişan oldum və özümü də pis hiss etdim. Nə də olmasa o boyda kişinin söhbətini yarımçıq qoymuşdum. Az sonra zəng çaldı, H.Hacıyev idi. Partiya sədrinin ürəyi dolu olduğundan, yenidən hüquqşünas A.İsmayılovun keçmişinə və bu gününə lənətlər yağdırdı. And içdi, bildirdi ki, mütləq və mütləq A.İsmayılovu qoduqluğa basdıracaq. Söhbətimiz əsnasında H.Hacıyev həm də onu dedi ki, A.İsmayılovu qızışdıran, hədyanlar yağdırmağa məcbur edən Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlidir. Açığı təəccüblənmədim. Çünki hər kəs kimi mənə də bəllidir ki, Ə.Kərimli və A.Hacılının əsas işləri və peşələri təxribatlar törətmək, xalqını sevən, dövlətinə bağlı olan şəxsləri ləkələməyə cəhd etməkdən ibarətdir. Məni bir qədər təəccübləndirən Hafiz bəyin Rəsul Quliyevin onun haqqında dediyi sözlər oldu. R.Quliyev deyib ki, ya H.Hacıyevi öz tərəfimizə çəkməliyik, ya da öldürməliyik. Səbəbini soruşmaq istədikdə, yenə də telefonum söndü. Daha Hafiz bəy zəng etmədi. Kontur zəhrimar da olmadığından, H.Hacıyevə zəng edib R.Quliyevin onu niyə öldürmək istədiyini soruşa bilmədim.

R.Quliyevdən söz düşmüşkən, son vaxtlar bu biçarə və müəmmalı məxluq haqqında sosial şəbəkələrdə müxtəlif yazılar və məlumatlar paylaşılıb. Yazırlar ki, R.Quliyev Neft Emalı Zavodunun direktoru olduğu zaman kitabdan-kitaba, hesabdan-hesaba keçirməklə 52 milyon dollar mənimsəyib. Guya o zaman xalq cəbhəsi ünsürləri hakimiyyətdə olduqları zaman R.Quliyevin talançılıq və qarətinə dözməyib onun haqqında cinayət işi qaldırıblar. Nəticəsi olmasa da, deyilənə görə, Əbülfəz Elçibəy hakimiyyətdən devriləndən sonra deyib ki, məni Rəsulun talan etdiyi pullar yıxdı. İndi həmin o pulların hesabına R.Quliyev ABŞ-da yaşayıb özü üçün şellənir. Hərdən bir də Müsavatın və AXCP-nin ünvanına qabında və beynindəki məlumatlardan müəyyən qədər tullayır. Bu baxımdan, AXCP ilə Müsavat funksionerləri R.Quliyevin nəinki səsini, heç skaypla üzünü də görmək istəmirlər. Deyirlər ki, "iti görək, qurdu görək, ancaq R.Quliyevi görməyək".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə