“8-ci kilometr bazarı”nda yanğın baş verib

“8-ci kilometr bazarı”nda yanğın baş verib

Bu gün 22:00 radələrində Bakının Nizami rayonundakı "8-ci kilometr bazarı" kimi tanınan ticarət mərkəzində yanğın başlayıb. SİA-nın məlumatına görə, yanğın bazarın tekstil və tikinti materialları satılan hissəsinin 1000 kvadratmetrdən artıq ərazisini əhatə edib.

Bazardakı mağazaların sahibləri mallarını çıxarmağa çalışırlar. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin briqadaları hadisə yerinə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə