“ABŞ Azərbaycanla münasibətləri ayaqda tutmağa çalışır” AÇIQLAMA
“ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin Bakıya səfəri bir daha göstərdi ki, ABŞ bir çoxlarının iddia etdiyi kimi Azərbaycandan üz döndərmir, əksinə, ölkəmizlə münasibətləri daim ayaqda tutmağa çalışır. Bu isə o deməkdir ki, dövlətimiz dünyanın supergücü olan ABŞ üçün ciddi maraq kəsb edir”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanı bölgənin ən önəmli dövləti kimi qəbul edir, onunla işbirliyində maraqlıdır və bunu zaman-zaman diqqətə çatdırmağı gərəkli sayır: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərinin də eyni vaxta təsadüf etməsi, əlbəttə, xüsusi olaraq seçilmiş sayılmaya bilər. Amma onların yenidən bölgəyə gəlib münaqişənin həllini aktuallaşdırması da bizim üçün önəmlidir. Hələ nərəzə alaq ki, son günlər Azərbaycan ictimai rəyində 2018-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az da olsa ümidlər cücərməkdədir. Bu baxımdan hər iki səfəri müsbət dəyərləndirə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB