Gəncədə ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Gəncədə ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə təxminən 200-ə yaxın tələbə, həmçinin Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının rəsmiləri iştirak edib.

Qeyd olunub ki, qarşıdan gələn parlament seçkilərində hər kəsin iştirakı olduqca vacibdir. Gənclər bu seçkilərdə fəal iştirak etməli və istədikləri namizədə səs verməlidirlər.

Ümumiyyətlə, görüşdə tələbələrə səsvermə prosesinin təşkili, səsvermə günü müvafiq qaydalara əməl olunması barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə