“Radikal müxalifət indi də “seçki cığallığı” edir” AÇIQLAMA

“Radikal müxalifət indi də “seçki cığallığı” edir” AÇIQLAMA

“Özünü “Milli Şura” adlandıran xarici kəşfiyyat orqanlarının ölkəmizdə olan təmsilçiləri bu ilin aprel ayının 11-nə təyin olunan prezident seçkilərində iştirakdan imtina etməməsinə müxtəlif səbəblər var”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, özündə heç bir milliyi əks etdirməyən ancaq nədənsə özünü “Milli Şura” adlandıran bu 5-10 nəfərdən ibarət olan adamlar özləri də çox yaxşı bilir ki, seçkiyə qatılan siyasi təşkilatın sosial bazası olmalıdır: “Amma bunların da sosial bazası demək olar ki, yox səviyyəsindədir. Əgər onlar seçkiyə qatılsalar ətraflarında olan 100-200 tərəfdarları da əldən çıxacaq. Bu hal da onlara heç sərf etmir. Çünki həmin adamları öz torlarına salaraq xaricdən onların adlarına aldıqları qrantlar əldən çıxacaq.

Digər tərəfdən də bir məqamı xüsusi ilə görürük və onu mütləq qeyd etməliyik ki, həmin bu radikal müxalifətin bəzi nümayəndələri bir neçə ay bundan öncə özlərinə əl qatmışdılar ki, hakimiyyət 2018-ci ildə olacaq prezident seçkilərinin tarixini qəsdən gecikdirərək və bizim maraqlarımız pozulacaq. Ancaq gördüyümüz kimi seçkilərin vaxtından əvvəl keçirilməsi ilə bağlı cənab Prezident Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, bu ilin aprel ayının 11-də növbədənkənar prezident seçkiləri elan edilsin. Adama deyərlər bəs indi sizi narahat edən nədir? Əslində biz bilirik ki, bu adamları narahat edən nədir.

Radikal müxalifət və nümayəndələri xaricdən maliyyə alacaqdılar. Onların alacaqları maliyyə vəsaiti isə mart ayı ilə oktyabr ayını əhatə edəcəkdi. Ancaq seçkilərin belə tez olması onların xarici sponsorlarından alacaqları maliyyə planını pozdu və bu radikal müxalifət də “seçki cığallığı” etməyə başlayıb. Bu cür fəaliyyətlə məşğul olan adamların yanında və ətrafında olmaq heç də doğru hal deyil və hesab edirəm ki, insanlar doğru seçim edərək o cür adamların yanında olmayacaqlar və seçkilərə gedərək öz konstitusion hüququndan istifadə edəcəklər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə