Ərdoğan: “Torpaqlarımıza göz tikənlərə layiq olduqları cavabı verəcəyik”
“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.
Onun sözlərinə görə, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırdılar: "Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB