“İran XİN öz roluna yenidən baxmalıdır" MÖVQE

“İran XİN öz roluna yenidən baxmalıdır" MÖVQE

“İran Xarici İşlər Nazirliyi öz roluna yenidən baxmalıdır. Bu qurum ikili rəhbərliyi olan strukturlardandır. O həm ali rəhbərə, həm də prezidentə tabedir”.

SİA-nın verdiyi məlumata görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, biz 1992-ci ildə İranın Qarabağ məsələsində vasitəçiliyini qəbul etdik və Şuşanı itirdik.

Politoloq deyib ki, İran bu hadisədən sonra vasitəçilik cəhdlərini qəbul etməyən Ermənistanla münasibətlərini daha da inkişaf etdirdi: “2000-ci illərə qədər biz İranla münasibətlərdə fasilə verdik. Lakin Azərbaycan XİN bir neçə il öncə yenə İranın vasitəçilik təşəbbüsünü qəbul etdiyini dedi. Hətta Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bu məsələ ilə bağlı İrana rəsmi səfər etdi. İran isə vasitəçilik missiyasını qəbul etmək istəməyən Ermənistana yenə qaz vermək istəyir”.

Politoloq əlavə edib ki, İranın Qarabağ məsələsində buraxdığı qüsurlar çoxdur.

M. Əhmədoğlunun fikrincə, İran XİN ikili tabeliyindən istifadə edib öz roluna yenidən baxmalıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə