"Sabit ictimai-siyasi vəziyyət istənilən vaxt seçki keçirməyə imkan verir" AÇIQLAMA
"Prezident seçkilərinin vaxtının dəyişdirilməsində heç bir qeyri-adi hal yoxdur. Çünki, Azərbaycanda illərdən bəri formalaşan sabit ictimai-siyasi vəziyyət və böyük iqtisadi, mədəni inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
Depitat bildirib ki, Ölkənin başçısı xalq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş bir lider olduqda belə seçkilərin vaxtından əvvəl keçirilməsi tamamilə təbii sayıla bilər.
İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqının apreldəki növbədənkənar seçkilərdə Prezident İlham Əliyev kimi 15 il ərzində böyük sınaqlardan çıxmış və ümumxalq rəğbəti qazanmış bir namizədi var: "Ona görə də apreldə keçiriləcək seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. Bu seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB