İran Azərbaycanla sərhəddə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirir

İran Azərbaycanla sərhəddə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirir

İran Azərbaycan ilə sərhəd ərazilərdə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirir. SİA-nın məlumatına görə, bu haqda İranın "İribnews.ir" saytı xəbər verib. İran sərhəd qoşunları komandanının müavini Yaqub Rzazadə Müğan-Parsabad sərhəd-keçid məntəqəsində etdiyi çıxışında bunun üçün əlavə vəsaitini ayrıldığını bildirib.

 

Plana müvafiq olaraq Biləsuvar sərhəd-keçid məntəqəsində sərhəd təhlükəsizliyinin təmini üçün xüsusi avadanlıqlar qurulacaq. Eyni avadanlıqlar 2010-cu ilin sonuna kimi Azərbaycan-İran sərhədindəki 90 dağlıq ərazidə yerləşdiriləcək. Y.Rzazadə bildirib ki, bundan sonra sərhədlər qaçaqmalçıların üzünə tamamilə bağlanılacaq.

 

Y.Rzazadə ayrılan vəsaitin hansı həcmdə olması və Biləsuvar sərhəd-keçid məntəqəsində hansı avadanlıqların yerləşdirilməsi ilə bağlı məlumat verməyib. O, qeyd edib ki, Azərbaycandan dəfələrlə narkotik maddələrin qaçaqmalçılığının qarşısını almaq üçün sərhədlərdə nəzarət sistemini gücləndirməyi tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə