“Azərbaycan gəncliyinin cəmiyyətdəki mövqeyi getdikcə daha da güclənir. Gənclər Fondu 6 il ərzində ölkəmizin gənclər siyasətinin həyata keçirilməsində əsas məqsədlərə nail ola bilib. Gənclər Fondunun işinin effektivliyi birbaşa olaraq gənclərdən asılıdır. Layihələr nə qədər davamlı, keyfiyyətli olsalar, Fond da bir o qədər gənclər siyasətinə öz töhfəsini verə biləcək. Gənclərimiz əmin olmalıdırlar ki, onlara xidmət edən dövlət qurumları hər zaman onların fikirlərini dinləyir və yeni təkliflərə açıqdır”.
SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 2 fevral - Gənclər Günü münasibətilə Prezident yanında Gənclər Fondunun illik hesabat konfransında çıxışı zamanı deyib.
Y.Məmmədəliyev bildirib ki, Azərbaycanda istedadlı gənclər çoxdur: "Biz çalışmalıyıq ki, hər bir potensiallı gənc Gənclər Fondunun imkanlarından faydalana bilsin. İnanıram ki, ölkəmizin rifahı naminə öz səylərini əsirgəməyən gənclər Vətənə, adət-ənənələrə bağlıdırlar. Ölkə rəhbərliyi gənclərə güvənir və onları daim dəstəkləyir, çünki məhz bu cür sağlam ruhlu gənclər Azərbaycanın gələcəyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB