Azərbaycan Prezidenti yanında Gənclər Fondu yarandığı gündən 10 qrant müsabiqəsi elan edib və gənclərdən və gənclər təşkilatları tərəfindən təqdim olunan 3909 layihəni maliyyələşdirib.
SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
O bildirib ki, bunun 568-i 2017-cil ildə maliyyələşdirilib: “Bu layihələrin 20-si ucqar dağ kəndlərində həyata keçirilib. Ötən il 1799 layihə müraciəti daxil olub. 2017-ci ildə fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbir keçirilib. Bu tədbirlər onminlərlə gənci əhatə edib. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Gənclər Fondu Azərbaycanın gələcəyi, həminin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi səhifədir. Gənclərin fəallığı bütün sahələrdə artıb”.
F.Hacıyev deyib ki, gənclər sahibkarkıq sahəsi ilə bağlı layihələr təqdim etsələr, yaxşı olar: “Azərbaycanın “Qrant haqqında” qanunu qrant yardımı edilən şəxs həmin maliyyədən sahibkarlıq məqsədi ilə istifadəsini qadağan edir. Qrant həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verməlidir. Bunun üçün müəyyən prosedurlar ki, onun üzərində işləyirik. Bu, gənclərə stimul verəcək”.
Fondun direktoru qeyd edib ki, layihələr çərçivəsində 5805 nəfər əmək müqaviləsi bağlayaraq müvəqqəti işlə təmin olunub. 2012-ci ildən indiyə qədər 56 ölkəyə 164 səfər edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB