Həmsədrlərin regiona səfərinin proqramı açıqlanıb

Həmsədrlərin regiona səfərinin proqramı açıqlanıb

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, həmsədrlər fevralın 6-da Azərbaycana gələcəklər və fevralın 7-də rəsmi şəxslərlə görüşlər keçirəcəklər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.

ATƏT-in Minsk qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə