RİTN nümayəndəsi Berndə keçiriləcək ÜPİ-nın payız sessiyasında iştirak edəcək

RİTN nümayəndəsi Berndə keçiriləcək ÜPİ-nın payız sessiyasında iştirak edəcək
Bu gün İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının payız sessiyası keçiriləcək. Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov təmsil edəcək. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sessiyanın təqvim planına müxtəlif layihə və işçi qruplarının, komissiyaların iclaslarının keçirilməsi daxildir. Tədbirdə poçt xidmətinin keyfiyyətinin idarə edilməsi, poçt təhlükəsizliyi və poçt göndərişləri, eləcə də poçt xidmətləri bazarının inkişafına dair aktual məsələlər müzakirə olunacaq.

Administrativ Şuranın üzvü kimi Azərbaycan da bu ali orqanın işinə öz töhfəsini verir və öhdəliyini layiqincə yerinə yetirməyə çalışır. Respublikanın poçt administrasiyası beynəlxalq səviyyədə təşkilatın fəal üzvlərindən biri kimi imic qazanmağa nail olub.

Azərbaycanın ÜPİ-nin Admistrasiya Şirasının sessiyasında iştirakı ölkəyə beynəlxalq poçt ictimaiyyətində baş verən proseslərə təsir göstərməyə, poçt keyfiyyəti və təhlükəsizliyinin idarə olunmasına dair məsələləri effektiv həll etməyə, eləcə də poçt xidmətləri bazarını inkişaf etdirməyə imkan yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə