“Erməni lobbisi Rusiyanın siyasətindən yararlanır” MÖVQE

“Erməni lobbisi Rusiyanın siyasətindən yararlanır” MÖVQE

“Erməni lobbisinin iştahası artıb. Fransadakı erməni lobbisinin nümayəndələri bu ölkənin prezidenti Emmanuel Makronla görüşdə ona təklif ediblər ki, Dağlıq Qarabağa səfər etsin. O erməni lobbisinə xeyli vəd versə də, bu təklifi geri çevirib. O deyib ki, bölgəyə münaqişə həll olunandan sonra səfər edə bilər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Makron bu təklifə çaşıb müsbət cavab versə idi və bunun ardınca İrəvan üzərindən Xankəndiyə gəlsə idi bu, Azərbaycan-Fransa münasibətlərinin dondurulması demək olacaqdı: “Fransa Azərbaycanla münasibətlərinin üstündən xətt çəkmiş olardı. Ona görə də o erməni lobbisinin tələsinə düşmədi. Sadəcə sual olunur: Nədən erməni lobbisi bu təkliflə çıxış edib?

Erməni lobbisi Ermənistan hakimiyyəti ilə əlbir olaraq Azərbaycana qarşı çox təxribat həyata keçiriblər, ancaq indiyə qədər heç bir dövlət başçısına Dağlıq Qarabağa səfər etməyi təklif etməmişdilər. Demək nəsə yeni planları var. Erməni lobbisi Rusiyanın siyasətindən yararlanır. Rusiya da Krımı işğal etdikdən sonra bir çox dövlət başçısını yarımadaya gəlməyə təhrik etdi və edir. Rusiyanın bu istiqamətdə müəyyən naliyyətləri var, elə Fransanın keçmiş prezidenti Nikola Sarkozi Krımı ziyarət etmişdi. Bunu görən Ermənistan hakimiyyəti ilə erməni lobbisi hərəkətə keçib. Fikrimcə, Azərbaycan XİN erməni lobbisinin Fransa prezidentinə etdiyi təxribatçı təkliflə bağlı bəyanat yaymalı və hamıya xatırlatmalıdır ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərin hansı ağır nəticələri olacaq. Bunu hər dəfə təkrarlamaq məcburiyyətindəyik ki, erməni lobbisindən bir addım öndə olmağa çalışaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə