Əli Əhmədov: "YAP gəncləri seçkilərdə öz töhfələrini verəcəklər" YENİLƏNİB - SƏS TV
Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, 2018-ci il prezident seçkiləri ilidir: "Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər".
Baş nazirin müavini bildirib ki, YAP gəncləri həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər: "Gənclər seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".
Ə.Əhmədov vurğulayıb ki, İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu onun qələbəsinə əsas yaradır: "Lakin gənclər seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB