“Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi Prezident İlham Əliyevin səlahiyyətindədir”. Bu barədə SİA-ya Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev bu gündən etibarən Komissiyanın iclaslarına start verildiyini açıqlayıb: “İlk iclas yanvarın 30-da saat 16:00-a nəzərdə tutulub”.
Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə Prezidentinin müstəsna səlahiyyətlərinə daxildir: “Hansı gün əfv imzalanacağını prezident müəyyən edəcək. Amma böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv olacağını gözləyirik”.
Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab Prezident tərəfindən əfv sərəncamları imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB