Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər Suriyadakı son vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində həyata keçirdiyi antiterror əməliyyatını müzakirə ediblər.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya böhranının həlli üzrə Soçidə keçirilən toplantının gedişinə dair fikir mübadiləsi də aparıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB