“Prezidentin tövsiyyəsi vətəndaşlarımız tərəfindən müsbət qarşılanacaq” ŞƏRH
“Azərbaycan Prezidenti cənab İlham Əliyevə bir vətəndaş kimi çox minnətdaram ki, əhalimizin sağlamlığının keşiyində dayanır, onların sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, əhalinin sosial rifah halının yaxşılaşdırılması həmişə onun diqqət mərkəzində olub və böyük qayğı ilə bu məsələlərə yanaşır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, idman obyektlərinin açılması, səhiyyə müəssisələrinin yaradılması, təmir olunması, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda böyük mədəni, quruculuq, abadlıq işlərinin görülməsi insanların birbaşa sağlamlığına müsbət təsir edən şərtlərdir: “Azərbaycan Prezidentinin tütünçülüklə, siqaret çəkməklə mübarizə ilə bağlı verdiyi tövsiyyələr də hesab edirəm ki, bizim hamımız üçün proqram sənədi kimi təbliğ olunmalıdır. Hətta cənab Prezident bu fikri Yevlax şəhərinə səfəri zamanı da irəli sürdü ki, mən siqaret çəkmirəm və heç kəsə də siqaret çəkməyi tövsiyyə etmirəm. Məhz o siyasi iradəyə söykənərək Milli Məclis “Tütünlə mübarizə haqqında” çox vacib bir qanun qəbul etdi. Həmin qanun tütün məhullarının məhdudlaşdırılması haqqında idi. Bu qanun artıq cənab Prezidentin fərmanı ilə qüvvəyə minib və Nazirlər Kabinetinə tapşırıq verib ki, 3 ay müddətində qanunun işlənməsi üçün lazım olan mexanizmi hazırlasın.
Dövlət başçısının “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi fikirlər də bu sahədə ardıcıl siyasətinin bir daha ifadəsidir. Əlbəttə ki, tütün məhsullarının istifadəsi insan orqanizminə birmənalı olaraq zərərdir və pis vərdişdir. Bu həm iqtisadi, həm də mədəni cəhətdən belədir. Ona görə də ölkə rəhbəri tövsiyyə etdi ki, biz tütünçülüyü inkişaf etdiririk o da iqtisadiyyatımızı inkişaf etdirmək baxımındandır. Amma bu o demək deyil ki, həmin tütündən, onun məhsullarından bizim vətəndaşlarımız istifadə etsinlər. Hesab edirəm ki, cənab Prezidentin bu tövsiyyəsi bütün vətəndaşlarımız tərəfindən müsbət qarşılanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB