BMT-nin yeni baş katibi Abdullah Gül ola bilər

BMT-nin yeni baş katibi Abdullah Gül ola bilər

İslam Konfransı Təşkilatının BMT-dəki nümayəndəsi 2012-ci ildə BMT-nin baş katiblik vəzifəsinə namizəd təklif edib. SİA-nın məlumatına görə, Məmməd Kalyoncu Türkiyənin prezidenti Abdullah Gülün BMT-nin baş katibi olmasını məsləhət bilib.

Sürətli addımlarla irəliləyən diplomatiyası və xarici siyasətdəki yeni imici ilə BMT-də ən çox diqqət çəkən ölkənin Türkiyə olduğunu bildirən Məmməd Kalyoncu baş katibin 4 ildə bir dəfə seçildiyini xatırladıb: "BMT-yə baş katiblik seçkiləri 4 ildən bir keçirilir. Türkiyənin hər sahədə irəliləyişi göz qabağındadır. Məhz buna görə də, Türkiyə prezidenti Abdullah Gülün namizədliyini mən təklif etmişəm. Baş katib vəzifəsinə türk dövlət başçısının gəlməsi qeyri-mümkün kimi görünməməlidir".

Nümayəndə onu da qeyd edib ki vəzifəsinin təyin edilməsinə Türkiyədə prezident seçkiləri və ABŞ-ın dəstəyi təsir edə bilər: "Koreyalı baş katib Pan Ki Munun vəzifəsi 2012-ci ildə sona çatır. Türkiyədə isə prezidentlik müddətinin 5 il olması ilə, 7 il olması arasında müzakirələr davam edir. Əgər 5 il təstiqlənərsə, onda dövlət başçısının vəzifəsinin müddəti 2012-ci ildə sona çatır, bu da baş katibliyə namizəd olmasına yol açır. Amma əgər ABŞ Pan Gi Muna dəstək verərsə koreyalı baş katibin vəzifəsi 4 il uzana bilər. Belə olduqda isə vəzifəyə yeni adın təyin edilməsi 2016-da mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə