XİN rəhbəri: “Ermənistan ratifikasiya üçün addımlar atacaq”

XİN rəhbəri: “Ermənistan ratifikasiya üçün addımlar atacaq”

“Ermənistanla Avropa İttifaqı arasında imzalanmış saziş mayın 1-də və ya iyundan etibarən qüvvəyə minə bilər”. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda sazişin ratifikasiya edilməsi barədə danışıqlar gedir: “Ermənistan aprelə qədər ratifikasiya üçün addımlar atacağını bildirib. Həmçinin sənədin digər Aİ ölkələri tərəfindən ratifikasiya edilməsi vacibdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə