“ABŞ-ın, Rusiyanın siyasəti nəticəsində qlobal problemlər ortalığa çıxıb” MÖVQE

“ABŞ-ın, Rusiyanın siyasəti nəticəsində qlobal problemlər ortalığa çıxıb” MÖVQE

"Gallup" beynəlxalq sorğu mərkəzinin 134 ölkədə 134 min adamın arasında keçirdiyi sorğunun nəticələrinə görə indi Rusiyaya etibar edənlərin sayı 27%, ABŞ-a 30%, Çinə isə 31%-i keçmir. Bu rəqəmlər təkcə sözü gedən 3 böyük dövlətə deyil, həm də qlobal mediaya olan olan etibarın da azaldığından xəbər verir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, ümumiyyətlə qlobal media təkcə ABŞ-ın nəzarəti altında deyil: “Eyni zamanda Rusiyanın da kifayət qədər elə resursları var ki, bu ölkənin maraqlarından çıxış edirlər. “Gallup" beynəlxalq sorğusunun nəticələrinə bir konteksdən yanaşmaq olar. Bu gün dünya əhalisi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan güc mərkəzlərinin üçünə ümumiyyətlə etibar etmir. Yəni onlara daha az etibar göstərir. Bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin zərbə altında olduğunu sübuta yetirdi. Digər tərəfdən sorğu nəticəsində fərqlər çox azdır. Faktiki olaraq Rusiyaya, ABŞ-a və Çinə olan münasibətdə real olaraq ortalıqdadır. Bu da artıq sübuta yetirir ki, bu dövlətlərin beynəlxalq miqyasda yürütdüyü siyasət dünya ölkələrini qanet etmir əksinə narahat edir. Çünki son dövrlərdə ABŞ-ın, Rusiyanın yürütdüyü siyasət nəticəsində dünya daha təhlükəli olub və daha qlobal problemlər ortalığa çıxıb. Bu aspektdən də “Gallup" beynəlxalq sorğusunun nəticələrini obyektiv hesab etmək olar. Hətta hesab edirəm ki, faizlər kifayət qədər yuxarıdır. Yəni obyektiv şəkildə dəyərləndirmə olsa idi, Rusiya və ABŞ-a etibar edənlərin sayı maksimum 10 faiz olardı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə