Uqandada kiçik bir böcək son iki ayda 20 nəfərin ölümünə səbəb olub

Uqandada kiçik bir böcək son iki ayda 20 nəfərin ölümünə səbəb olub

Uqandada kiçik bir böcəyin yaydığı xəstəlik nəticəsində son iki ayda 20 nəfər ölüb. SİA-nın verdiyi xəbərə görə, birəyə bənzəyən bu böcəklər insan bədəninə çox vaxt ayaqdan daxil olur. İnsanın qanını soran və qısa vaxt ərizndə minlərlə çoxalan böcəyin dişlədiyi yerdə çürümə meydana gəlir.

 

Səhiyyə naziri Ceyms Kakoza bu böcəklərin xüsusilə azyaşlılar və xəstə insanlar üzərində daha çox təsir gücünə malik olduğunu deyib.

 

Qeyd edək ki, ölkədə son iki ayda 20 min nəfərə yaxın insan bu böcəklərin yoluxdurduğu xəstəliyə düçar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə