“Sosial şəbəkədə Elza Seyidcahan Əli Kərimlidən daha çox izlənilir” AÇIQLAMA

“Sosial şəbəkədə Elza Seyidcahan Əli Kərimlidən daha çox izlənilir” AÇIQLAMA

“Əli Kərimlinin sosial şəbəkədə apardığı ittihamlar süni ajotajdan başqa bir şey deyil. Əli Kərimli hakimiyyətə etdiyi xəyanətdən sonra bu cür ittihamlar irəli sürür. Anaq unudur ki, bütün xəyanətkarların aqibəti bu cür olur”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXC) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Kərimlinin hakimiyyət haqqında dedikləri ciddi qəbul olunmur: “Bu il seçki ilidir və indiki vəziyyətdə fürsətdən istifadə edib, özünün reklamı ilə məşğul olur. 20 yanvar günü hər kəs şahid oldu ki, ziyarəti özünün şou reklamına çevirdi. İstəyir ki, bu cür səs-küy yaratmaqla gündəmdə qalsın.Sosial şəbəkədə hər gün Kərimli pullu reklam yayır. Nəyin bahasına olur-olsun “facebook” istifadəçiləri bunun videolarını izləsin. Bu cür metodlarla cəmiyyətdə radikal müxalifətin "lideri" olduğunu göstərmək istəyir. Ancaq əksəriyyət bilir ki, bu adam təxribatla məşğuldur və əsas hədəfi də ölkədə sabitliyin pozulması üçün əlindən gələni edir. Bir məsələni də diqqətinizə çatdırım ki, sosial şəbəkədə Elza Seydicahanın yazdığı cızma-qarası Əli Kərimlinin yaratdığı şoudan daha çox izlənilir, baxılır, daha çox marağa səbəb olur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə