“Prezident söz və mətbuat azadlığı ilə bağlı vəziyyəti tam izah etdi” ŞƏRH

“Prezident söz və mətbuat azadlığı ilə bağlı vəziyyəti tam izah etdi” ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışlarına, görüşlərinə çox diqqətlə baxdım və baxmağa da davam edirəm”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, media, söz və mətbuat azadlığı ilə bağlı məsələnin forumda gündəmə gətirilməsi və sual şəklində cənab Prezidentə ünvanlanması bizim xeyrimizədir: “Çünki sual ünvanlayan adam əlbəttə ki, bir çox mətləblərin aydınlanmasına vasitəçi olmuş olur. Ölkə başçısı orada qəti və aydın şəkildə ifadə etdi ki, Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələ nə yerdədir. Yəni konkret faktlarla, arqumentlərlə dünya ictimaiyyətinə Azərbaycandakı gerçək medianın durumu ilə bağlı məlumat vermiş oldu. Əlbəttə burada bizim üçün sirr deyil ki, Azərbaycana hücum edən bəlli mərkəzlər var. Həmin mərkəzlər bu və ya digər şəkildə ölkəmizi gözdən salmağa çalışırlar. Bizim olmadığımız yerlərdə onlar bunu edə bilirlər. Amma biz olduğumuz yerdə cavablarını mütləq alırlar. Bu cavabların da ən mükəmməlini onlara cənab Prezident verir.

Dövlət başçısı söz və mətbuat azadlığı ilə bağlı Davos forumundakı çıxışında çox ciddi və konkret arqumentləşdirilmiş cavab verməklə vəziyyəti tam izah edə bildi. Mən elə bilirəm ki, ağlı başında olan insanlar və xüsusən də ədalətli mövqe tutan insanlar bu çıxışdan nəticə çıxarmalıdırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə