XİN rəhbərləri konqresə hazırlıqdan danışıblar

XİN rəhbərləri konqresə hazırlıqdan danışıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlıq məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Suriya milli dialoqu konqresi yanvarın 29-30-da Soçidə keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə