Vətəndaşın təhsil hüququ Ombudsmanın müdaxiləsi ilə təmin edilib
Qırğız-Slavyan Universitetinin üçüncü kursunda təhsil alan azərbaycanlı tələbə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya ərizə ilə müraciət edərək, Qırğızıstan Respublikasında baş vermiş məlum hadisələrlə əlaqədar təhsilini Bakı Slavyan Universitetində davam etdirmək məqsədilə həmin universitetə köçürülməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirmiş, bu məsələnin həllində yardımçı olmasını Ombudsmandan xahiş edib.
SİA-nın məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini müvafiq olaraq Təhsil Nazirliyinə tapşırıb.
Ombudsmanın müdaxiləsindən sonra Təhsil Nazirliyi tərəfindən müvafiq işlər görülmüş, tələbənin təhsilini davam etdirməsi üçün Qırğız-Slavyan Universitetindən Bakı Slavyan Universitetinə köçürülməsi ilə bağlı qaldırdığı məsələ müsbət həll olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB