Rövşən Rzayev AŞPA-da "Qarabağ" klubundan danışdı

Rövşən Rzayev AŞPA-da "Qarabağ" klubundan danışdı

"Qarabağ" Ağdam şəhərinin klubudur. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Təəssüflər olsun ki, klubun məxsus olduğu Ağdam şəhəri bu gün də işğal altındadır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev qurumun Fransanın Strasburq şəhərində keçirilən qış sessiyası zamanı müzakirələrdəki çıxışında deyib.

Deputat bildirib ki, "Qarabağ" qrup mərhələsi çərçivəsində İngiltərə, İspaniya və İtaliyada oynaya bildiyi halda, öz şəhəri Ağdamda oynaya bilmir: "Ümid edirik ki, "Qarabağ" tezliklə xarici futbol klublarını öz şəhərinə - Ağdama dəvət edə, öz şəhərində də oynaya biləcək".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Çelsi", "Atletiko" və "Roma" ilə birgə yer aldığı qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə