“Bunun adı terrora və separatçılığa dəstəkdir” MÜNASİBƏT

“Bunun adı terrora və separatçılığa dəstəkdir” MÜNASİBƏT

“Fransanın Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün terrorçulara qarşı başlatdığı əməliyyatla bağlı BMT Təhlükəsizlik Şurasında məsələ qaldırması, həmən BMT Təhlükəsizlik Şuasının Dağlıq Qarabağ probleminə yönəlik 4 bəlli qətnaməsinə əməl etmək istəməyən Ermənistana isə gözün üstə qaşın var deməməsinin adı ikili standart deyil, terrora və separatçılığa dəstəkdir”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron forpostbaşı Serj Sarkisyanla dünənki görüşdən sonra verdiyi açıqlamada təcavüzkarla təcavüzlə üzləşəni eyniləşdirərək "tərəfləri qarşılıqlı güzəştə səsləyirəm" deməməli idi: “Əksinə o BMT Təhlükəsizlik Şurasının daim üzvü və həmsədr ölkə olaraq bu qurumun 4 qətnaməsinin yerinə yetirilməsini tələb etməli idi.

Bu tələb səslənmirsə, Minsk qrupunun həmsədrlərindən biri olan Fransa onun prezidentinin dediyi kimi, "qərəzsiz vasitəçi" yox, bir daha vurğulayırıq terrorçuluğun, separatizmin və təcavüzün dəstəkçisi kimi çıxış edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə