“Bu əməliyyatı zəfərlə başa çatdıracağıq, qalib gələcəyik, qətiyyətliyik”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” hərəkatı zamanı şəhid olmuş Musa Özalkanın dəfn mərasimində Afrində başlanılan antiterror əməliyyatından danışarkən vurğulayıb.
Şəhidin dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, baş nazir Binəli Yıldırım, Cümhurriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, nazirlər, millət vəkilləri iştirak ediblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB