Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada regionların və azlıqların dillərinin müdafiəsi və inkişaf etdirilməsi üzrə qətnamə qəbul edilib. SİA-nın verdiyi məlumata görə, məqsəd regionların və azlıqların dillərini müdafiə etməklə Avropada müxtəlif ənənə və mədəni dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə töhfə verməkdir.
Qətnamə Avropa Şurasına üzv dövlətləri region və azlıqların dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyə çağırır. Qətnamə dövlətləri bu sahədə uğurlu təcrübə qazanmış ölkələrin təcrübəsindən istifadə etməyə çağırır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB