“Financial Times”: “Çoxqütblü Avropanın yeni qaydalara ehtiyacı var”
Bu həftə sonu Fransa, Almaniya və Rusiyanın dövlət başçıları arasında keçiriləcək təhlükəsizlik zirvəsi Avropanın çoxqütblü hala gətirən sistemin tənzimlənməsi üçün faydalı ola bilər. SİA-nın "Financial Times"a istinadən verdiyi məlumata görə, Fransa prezidenti Nicolas Sarkozi, Almaniya baş naziri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev arasında keçirilməsi nəzərdə tutulan təhlükəsizlik zirvəsi ilk olaraq bir xəyal kimi görünürdü. Zirvənin baş tutma ehtimalı çox aşağı idi.
Üçtərəfli görüşün diqqətçəkən məqamı isə Avropa Birliyinin (AB) birqütblüyünün sonunun gəldiyinə işarədir. 1990-cı illərdə bir çox analist Avropanın daha çox güc tarazlığına söykənməyən "post müasir" bir qitə halına gəldiyini söyləyirdi. Bir müddət əvvələ qədər bu reallaşmış kimi görünürdü. Belə ki, Orta və Şərqi Avropa Qərbə tərəf çevrildi, Gürcüstan və Ukraynada Qərb tərəfdarı olan insanların sayı çoxaldı, Türkiyə nizamlı bir şəkildə AB üzvlüyünə irəlilədi.
Ancaq indi təkqütblü Avropa sistemi ilə bağlı gözləntilər azalır. Heç bir zaman NATO və AB-in genişləməsi məsələsinə xoş baxmayan Rusiya yeni təhlükəsizlik sistemi üçün səylərini artırıb. Bəzi AB ölkələrinin üzvlük müzakirələrinə əngəl yaratmasından qəzəblənən Türkiyə getdikcə daha müstəqil bir xarici siyasət aparır və özünə daha böyük bir rol istəyir. Buna Əfqanıstan və İran problemləri, eləcə də Çinin yüksəlişi ilə mübarizə aparmaqla məşğul olan ABŞ-ın Avropanın güclü olmasını istəmədiyini də əlavə etsək proseslərin hansı istiqamət aldığını demək olar. Proseslər Avropanı çoxqütblüyə doğru aparır. Daha doğrusu gündəmdə üç qütb var.
AB və NATO ətrafında təktərəfli bir sistemin yaranması əvəzinə Rusiya, Türkiyə və ABŞ-ın iştirak etdiyi üç qütbün ortaya çıxdığını görürük. Hər biri öz nüfuzlarını artıran "qonşuluq siyasətləri" ilə Balkanlarda, Şərqi Avropada, Qafqazda və Orta Asiyada üst-üstə düşür. Böyük güclər arasında rəqabət getdikcə artır. Digər tərəfdən mövcud olan təşkilatlar nə 1998-99-cu illərdə Kosovada yaşanan böhranların qarşısını ala, nə Qafqazdakı silahlanma yarışına son qoya, nə 2008-ci ildə AB-yə təbii qaz tədarükünün kəsilməsinin qarşısını ala, nə Rusiya-Gürcüstan müharibəsinə maneə ola, nə də 2010-cu ildə Qırğızıstanda baş verən xaosa əngəl ola bildi. Ən diqqətçəkən ziddiyyət isə odur ki, AB-nin işə yaramadığı bir sistemi müdafiə etməklə vaxt keçirməsidir. AB status-kvonu qorumaq üçün Moskvanın təhlükəsizlik mövzusunda danışıqlar tələbinə müqavimət göstərdi. Bəzi AB üzvləri Rusiyanın qarşı çıxmasına baxmayaraq, Kosovanın müstəqilliyini tanıdı. Rusiya isə Abxaziya və Cənub Osetiyanın müstəqilliyini AB-nin qarşı çıxmasına baxmayaraq tanıdı. Türkiyə İranın nüvə məsələsinə bir həll yolu tapmaq üçün NATO-nun razılığını almadan Braziliya ilə əməkdaşlıq etdi.
Məqsəd üçqütblüdən daha çox üç tərəfli bir Avropanın yaradılması olmalıdır. NATO-nun quruluşu, AB-nin bütövlüyü, Rusiyanın imperatorluqdan sonrakı rolu və Türkiyənin avropalı olub-olmaması məsələsi müəyyən edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB