Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başlayıb. SİA nın məlumatına görə, görüş Polşanın Krakov şəhərində keçirilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.
Qeyd edək ki, bundan əvvəl E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB