“Sərkisyan özünə bənzəməyən xələf peşindədir” MÜNASİBƏT

“Sərkisyan özünə bənzəməyən xələf peşindədir” MÜNASİBƏT

“Ermənistan prezidenti Serj Sərkisyan özünə bənzəməyən bir xələf peşindədir”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

“Sarkisyanın fikrincə, ölkəsinin gələcək prezidenti bir neçə xarici dil bilməlidir ki, amma özü bilmir. Bununla belə o hesab edir ki, gələcək prezidentin həm Ermənistanda, həm də xaricdə geniş əlaqələri olmalıdır. Bu da Sərkisyanda yoxdur. Həmçinin Sərkisyan həmin adamın yaxşı reputasiyasının olmasını istəyir ki, o, qətiyyən belə biri deyil.

Beləliklə, forpostbaşının bu açıqlamasından da açıq-aydın görünür ki, prezident kürsüsünə layiq olmadığının, agentlik etdiyi gücün istəyi ilə orada əyləşdiyinin özü də fərqindədir”-deyə, S.Alıyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə