AXCP və Müsavat “Xalq Cümhuriyyəti İli”nə niyə dəstək vermədilər?
Əli Kərimli və Arif Hacılı kimi milli satqınlardan fərqli olaraq, digər müxalifət partiyaları dövlət başçısının tarixi sərəncamını alqışlayırlar
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Xalq Cümhuriyyəti İli” olaraq elan etməsi və tarixi hadisənin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi barədə verdiyi Sərəncamı ölkəmizdə fəaliyyət göstərən bir sıra müxalifət partiyaları tərəfindən alqışla qarşılanıb və bu addım yüksək şəkildə qiymətləndirilib. Həmçinin, müxalifət partiyaları bununla bağlı keçiriləcək tədbirlərə dəvət olunacaqları halda qatılacaqlarını da qeyd ediblər.
AXCP sədri Əli Kərimli dövlətin bu istiqamətdə atdığı çox mühüm bir addımı ətrafında siyasi dələduzluqla məşğul olur
Lakin hər zamankı kimi uzun illərdir ki, bir-birləri ilə “ana müxalifətçilik” uğrunda didişən iki partiyanın – AXCP və Müsavatın bu məsələdə də dövlət və xalqın maraqları əleyhinə çıxmaları gözlənildiyi kimi baş verdi. Belə ki, özlərini tarixi “AXC”-nin “varisləri” olaraq zorla ictimai rəyə sırımağa cəhd edən Əli Kərimli və Arif Hacılı kimi milli satqınlar bu tipli qısqanc və qeyri-sivil addımları ilə istər “AXC”, istərsə də onun qurucusu Məhəmməd Əmin Rəsulzadənin adından yalnız öz şəxsi səmərələri, dividentləri üçün istifadə etdiklərini göstərmiş oldular. Əks halda, bu “liderlər” də digər müxalifətdəkilər kimi ölkə rəhbərinin bu addımına dəstək göstərərdilər.
Misal üçün, bir tərəfdən “AXC-nin 100 illiyi xalqımız, millətimiz üçün çox önəmlidir”-deyə pafoslu, hətta yekəxana tipli çıxış edən Əli Kərimli, digər tərəfdən, dövlətin bu istiqamətdə atdığı çox mühüm bir addımı ətrafında siyasi dələduzluqla məşğul olur.
Müsavat başqanı Arif Hacılı isə özünü anlamsızlığa vurur....
Müsavat başqanı da əzəli düşmənindən geri qalmır və “AXC-nin 100 illiyi Azərbaycan tarixinin çox böyük hadisəsidir”-deyərək, digər tərəfdən, hakimiyyətin qiymətləndirdiyi və Azərbaycanın tarixində əsas yerlərdən birini tutan bu hadisəni öz “siyasətinə” yazmağa cəhd edir. Diqqət yetirsək görərik ki, A.Hacılı sərəncamda AXC-nin qurucularının adlarının çəkilmədiyini iddia edir, ancaq digər tərəfdən özünü anlamsızlığa vuraraq, bilmir ki, tarixi dövlətin quruluşunun yubileyinin keçirilməsinin özü bilavasitə onun qurulmasında iştirak edənləri də əhatə edir. O cümlədən, həmin şəxslərin adlarının ayrı-ayrılıqda yazılmasına da ehtiyac duyulmur. Təəssüf ki, ucuz təfəkkürləri dəyişilməmiş qalan Ə.Kərimli, A.Hacili kimi siyasətbazlar hələ də öz rüsvayçı baxışlarını dəyişməmiş qalıblar.
ADP sədri Sərdar Cəlaloğlu AXC-nin 100 illiyi ilə bağlı verilən Sərəncamı yüksək qiymətləndirir
Lakin ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, hakimiyyətin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi müsbət addım kimi qiymətləndirmək olar. “Bu qərarla iqtidar Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətini dəyərləndirib. İl elan olunubsa, Respublika quruluşu, Konstitusiya, qanunlar barədə tədbirlər keçirmək lazımdır. Dövlətçiliyin möhkəmləndirilməsi, xalqın siyası şüurunun artırılması, xalqın dövlət ətrafında birləşməsinin yeganə yolu bu cür siyasi tədbirlərin ən yüksək səviyyədə keçirilməsidir. Cümhuriyyətin 100 illiyini elə səviyyədə keçirmək lazımdır ki, insanlar Respublika qurluşunun nə olduğunu və onlara nə verdiyini başa düşsün. Bu il bizim üçün çox önəmlidir. 2018-ci ildə üzərimizə düşən vəzifələri lazımınca yerinə yetirməyi bacarmalıyıq”.
BQP sədri Fazil Mustafa: “Prezidentin Cümhuriyyət tarixinə bu cür həsas yanaşması hamıya dərs olmalıdır”
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa da Prezident İlham Əliyevin verdiyi qərarı müsbət və əhəmiyyətli qərar olaraq qiymətləndirib: “Hesab edirəm ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi gözlənilən bir addımdır. Çünki Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncam vermişdi”.
BQP sədri həmçinin qeyd edib ki, Cənab İlham Əliyev bu qərarı ilə Cümhuriyyətin yubleyinə ciddi hazırılıq görülməli olduğunu bəyan edib: “Mən bu qərarı yüksək qiymətləndirirəm. Prezidentin Cümhuriyyət tarixinə bu cür həsas yanaşması hamıya dərs olmalıdır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu: ““Hakimiyyətin verdiyi qərarı müsbət qarşılayırıq, təqdir edirik”
Klassik Xalq Cəbhəsi Pariyasının (KXCP) lideri Mirmahmud Mirəlioğlu da Prezident İlham Əliyevin verdiyi qərara münasibət bildirərək, qərarı müsbət qiymətləndirdiyini deyib: “Hakimiyyətin verdiyi qərarı müsbət qarşılayırıq, təqdir edirik. Çox müsbət addımdır. Amma elə etmək lazımdır ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin adına layiq olsun”.
Beləliklə, fakt budur ki, bu məsələdə də hansı müxalifətin sivil olması ilə yanaşı, həm də normal siyasi təşkilat olduğu öz təsdiqini tapdı. Ən azından, normal müxalifət partiyaların da məqsədləri dövlətçilik maraqlarından çıxış etmək, dövlətin tarixinə hörmət göstərməkdir. Ancaq AXCP və Müsavat kimi qondarma müxalifət partiyalarının mövzu ilə bağlı sərgilədikləri münasibətləri artıq sübut edir ki, siyasi dələduzlar yığnağını heç vaxt nə bu dövlətin tarixi nə də gələcəyi maraqlandırmayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB