Spiker İrana səfər edəcək

Türkiyə parlamentinin spikeri İsmayıl Qəhrəman İrana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsmayıl Qəhrəman Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlament spikerlərinin 13-cü iclasında iştirak edəcək.

Səfər çərçivəsində Suriyadakı vəziyyət də müzakirə olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə