ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfəri zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Asim Mollazadə deyib ki, bu gün Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə qorunur: “Lakin mövcud, ehtimal olunan təhlükə Ermənistan terrorçuları, terrrorizmi ilə bağlıdır. Bildiyiniz kimi, erməni terroristləri dəfələrlə Azərbaycanda terrora cəhd ediblər. Təbii ki, ermənilərin sahibləri də bu işdə onlara dəstək verirlər. Çox gümanki ABŞ Dövlət Departamentinin bu mövqeyi də bir növ etirafdır. Ermənistanın bu siyahıdan kənar göstərilməsi bu işğalçı ölkənin Azərbaycana qarşı terror cəhdləri ilə bağlıdır. Çünki rəsmi İrəvan özlərinə qarşı terror həyata keçirmir. Rəsmi Bakı erməni terrorunun qarşısını hər an almalıdır”.
Qeyd edək ki, Azərbaycan amerikalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:
1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;
2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;
3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;
4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.
Qeyd edək ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə xarakteri daşıyır. Azərbaycan terror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB